Ana Sayfa > Manşet / Dünya > Kütləvi etirazlar, milli pulun “ölməsi” və sanksiyalar - ABŞ İranı məngənəyə sıxdı

Kütləvi etirazlar, milli pulun “ölməsi” və sanksiyalar - ABŞ İranı məngənəyə sıxdı


7-08-2018, 11:43. Yazar: sevinc1
Kütləvi etirazlar, milli pulun “ölməsi” və sanksiyalar - ABŞ İranı məngənəyə sıxdı



Donald Tramp administrasiyası bu həftə rəsmi Tehrana qarşı sanksiyaları sərtləşdirməklə İran iqtisadiyyatına zərər vurmağı hədəfləyib.



Modern.az saytının “Reuters” agentliyinə istinadən məlumatına görə, bu haqda ABŞ administrasiyasının rəsmiləri bildiriblər.



ABŞ-ın sanksiyalarının İranın metal, kömür ticarətini, proqram təminatı və avto sektorunu vuracağı bildirilir. Həmçinin ABŞ çalışır ki, İranın dollardan asılılığı çoxalsın.

İranın milli valyutası rial bu ilin aprelindən etibarən ABŞ-ın sanksiyalarının nəticəsi olaraq dollara nisbətdə 50 faizə qədər dəyər itirib.



Milli valutanın dəyərini itirməsi, inflyasiyasının yüksəlməsi, İranda sosial etirazları gücləndirib. Nümayişçilər korrupsiyaya və möhtəkirliyə etiraz əlaməti olaraq hökumət əleyhinə şüarlar səsləndirir.



ABŞ prezidenti Donald Tramp İran liderlərinin resurslara olan çıxışlarını kəsmək niyyətindədir – rəsmi şəxslər bu qənaətdədir.

Ağ Ev bu ilin noyabrında İranın neft sektoruna da ağır zərbə vurmaq üçün sanksiya üzərində işləyir.

Lakin rəsmi Vaşinqtonun sanksiyalar strategiyasının bir neçə zəif nöqtəsi də var – bu xüsusilə Çin və Avropa ilə ticarət əlaqələrinə aiddir.

Avropa Birliyi artıq ABŞ-ın İran əleyhinə sanksiyalardan təəssüfləndiyini bildirib.



“Birləşmiş Ştatlar sanksiya öhdəliklərini yerinə yetirməyə tam sadiqdir. Biz uyğunluğun təmin edilməsi üçün İranla biznes əlaqələrində olan ölkələrlə sıx əməkdaşlıq edəcəyik”-Tramp isə bəyanatında belə bildirib.



Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib ki, İran sanksiyalardan qaçmaq istəyirsə, Trampın danışıqlar təkliflərini əsas götürməlidir.



“Onlar prezidentin onunla danışıqlar aparılması təklifini əsas götürməlidirlər. İranın etibarlı bir şəkildə özünün ballistik raket və nüvə proqramlarından imtina etməsi ilə bağlı məsələ həqiqətən də qənaətbəxş deyil. İran ciddi olsaydı, onlar danışıqlar masasına gələrdilər” - Con Bolton “Foxnews” kanalına deyib.



İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ, onun müttəfiqləri Səudiyyə Ərəbistanı və İsrail Tehrana qarşı düşmənçilik siyasəti yürüdürlər.



“Amma onların şiddət və təzyiq siyasəti özlərini təcrid edir. Çünki dünya özü İrana qarşı düşmənçilik siyasətindən uzaqlaşır”- Zərif bəyan edib.

ABŞ rəsmiləri isə bildirirlər ki, sanksiyalar Həsən Ruhani hakimiyyətinin devrilməsinə hesablanmayıb.



Onlar sadəcə İranda hökumət qüvvələrinin etirazçılara zor tətbiq etdiklərinə görə narahatlıqlarını bildiriblər.

Avropa Birliyi isə Ağ Evə etiraz edib. Böyük Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri birgə bəyanat yayaraq İrana qarşı sanksiyalardan böyük təəssüf hissi keçirdiklərini qeyd ediblər.



“Reuters” yazır ki, ABŞ rəsmiləri Trampın İranla danışıqlara hazır olduğunu vurğulayırlar.



Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2016-cı ilin yanvar ayında Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalayıb.

Təkrar sanksiyalar avqustun 7-dən etibarən qüvvəyə minir.



Sənəd İslam Respublikasına qarşı sanksiyaların bərpasını nəzərdə tutur.rmana əsasən İranın dollar bazarına çıxışı dayandırılır, beynəlxalq maliyyə əməliyyatları aparması məhdudlaşdırılır, habelə qızıl, gümüş və digər qiymətli metallarla ticarət aparmasına qadağa qoyulur. Hətta İran xalçalarının ticarətinə də embarqo qoyulub.



aia.az
Geri dön