Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Putin əmr verdi: “Bütün hədəflər təcili məhv edilməlidir”

Putin əmr verdi: “Bütün hədəflər təcili məhv edilməlidir”


11-12-2015, 16:24. Yazar: admin


Rusiya prezidenti Vladimir Putin Suriyada Rusiya hərbi qulluqçularını hədələyən istənilən gücləri məhv etməyi əmr edib.

Aia.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında deyib.

“Zərbə aviasiyasının bütün uçuşları qırıcıların müşayiəti ilə həyata keçirilir. Son dərəcə sərt hərəkət etməyi əmr edirəm. Rusiya aviasiyası və yerüstü infrastrukturumuzu hədələyən istənilən hədəflər təcili məhv edilməlidir”, - Vladimir Putin vurğulayıb.
Geri dön