Ana Sayfa > Karusel / Dünya > Trampın oğlu ailə üzvlərinin təhdid olunduğunu deyir

Trampın oğlu ailə üzvlərinin təhdid olunduğunu deyir


3-08-2018, 11:13. Yazar: sevinc1
Trampın oğlu ailə üzvlərinin təhdid olunduğunu deyir



ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp ailəsinə ünvanlanan təhdidlər barədə danışıb.



Modern.az “Fox News” telekanalına istinadən xəbər verir ki, prezidentin oğlu təhdidlərlə yanaşı evlərinə göndərilmiş bəyaz toz barədə də bəhs edib.



Onun sözlərinə görə ona və onun ailəsinin bütün üzvlərinə təhdidlər ünvanlanıb.

“Bizim hər birimizin evində bəyaz toz peyda olub” – Erik Tramp bildirib.



Bununla yanaşı o, nə təhdidlərin nədən ibarət olduğunu, nə də kim tərəfindən ünvanlandığını açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl mətbuatda prezidentin gəlininin bəyaz toza görə xəstəxanaya yerləşdirildiyi məlumatı yayılıb. Sonradan polis, tozda şübhəli bir şey tapmadığını söyləyib.

aia.az
Geri dön