Ana Sayfa > Karusel / Gündəm > Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısı öldürüldü - FOTO

Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısı öldürüldü - FOTO


25-07-2018, 14:35. Yazar: sevinc1
Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısı öldürüldü - FOTO


Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən daha bir şəxs məhv edilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Gəncə şəhər sakini Ağa Hüseyn oğlu Sərxani silahli müqavimət göstərdiyinə görə öldürülüb. O, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışa verilmişdi.

Məlumata görə, Ağa Sərxani Yunis Səfərovla birlikdə Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış şəxslərdən biridir.

Müəyyən edilib ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

aia.az


Geri dön