Ana Sayfa > Karusel / Ölkə > “Yunanıstandakı yanğında azərbaycanlılar xəsarət almayıb” – AÇIQLAMA

“Yunanıstandakı yanğında azərbaycanlılar xəsarət almayıb” – AÇIQLAMA


24-07-2018, 12:31. Yazar: sevinc1
“Yunanıstandakı yanğında azərbaycanlılar xəsarət almayıb” – AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Yunanıstanda meşə yanğınları çoxsaylı insan tələfatına səbəb olub. Ölənlərin sayı 50-yə çatıb. Onlardan 26-sının cəsədi Afinanın şərqində yerləşən Rafina şəhərində tapılıb.



Hazırda yanğınların nəzarətdən çıxdığı bildirilir.

Bəs Yunanıstanda baş verən yanğın hadisəsində azərbaycanlılar varmı?



Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlamasında deyib ki, ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur.

“Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyindən verilən məlumata görə, bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb. Yunanıstandakı səfirliyimiz davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır”.



aia.az
Geri dön