Ana Sayfa > Manşet / Siyasət > Prezident Parisdə bır sıra görüşlər keçirib - Yenilənib

Prezident Parisdə bır sıra görüşlər keçirib - Yenilənib


20-07-2018, 11:08. Yazar: sevinc1
Prezident Parisdə bır sıra görüşlər keçirib - Yenilənib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə "Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə "Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulandı. Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirdi.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Parisdə "Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb. Prezident İlham Əliyev "Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə ötən görüşləri xatırlatdı. Dövlətimizin başçısı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Thales İnternational” şirkəti arasında bu gün imzalanacaq beş sənədin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın "Thales International” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi, şirkətin ölkəmizdə etibar qazandığını vurğuladı.

Rafael Eskinazi Azərbaycan ilə "Thales International” şirkəti arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini dedi, bu əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirdi. O, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin nəzərdən keçirildiyini qeyd etdi. Görüşdə Azərbaycan ilə "Thales lnternational” şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq edildiyi məmnunluqla vurğulandı, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirildi.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Iveco France” şirkətinin prezidenti, "Iveco Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.


aia.az
Geri dön