Ana Sayfa > Manşet / Gündəm > Nazpəri Dostəliyeva elmi ad məsələsinə aydınlıq gətirdi

Nazpəri Dostəliyeva elmi ad məsələsinə aydınlıq gətirdi


20-07-2018, 09:58. Yazar: sevinc1
Nazpəri Dostəliyeva elmi ad məsələsinə aydınlıq gətirdi


Xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru olmasıyla bağlı xəbərlərə aydınlıq gətirib.

Müğənni "Ölkə.Az"a açıqlamasında bildirib ki, "Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusu götürüb və hazırda həmin mövzunu işləmək üçün Şamaxıdadır:

"Hələ ki fəlsəfə doktoru deyiləm və yayılan məlumatlar yanlışdır. Hazırda Şamaxıdayam və bu mövzunun üzərində çalışıram".

Xatırladaq ki, elektron mediada Dostəliyevanın "Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilərək, fəlsəfə doktoru elmi dərəcəsinin təsdiq olunduğu yazılırdı.



aia.az
Geri dön