Ana Sayfa > Manşet / Ölkə > Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib


18-07-2018, 09:55. Yazar: sevinc1
Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib




Horadiz şəhəri Heydər Əliyev Mərkəzində “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirə keçirilib. aia.az xəbər verir ki, müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Nazirliyin məsul şəxsləri, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatları, pambıqçılıqla məşğul olan fermerlər və mütəxəssislər iştirak ediblər.

Müşavirədə Prezident İlham Əliyevin iştirakı ilə bu il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələləri müzakirə olunub.

Müşavirədə çıxış İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, ölkə başçısının yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir. Alı Alıyev qeyd edib ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir. Alı Alıyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda 2018-ci ildə 2100 ha ərazidə pambıq əkildiyini bildirib. Qeyd edib ki, pambıq əkilmiş sahələrin 1412 hektarı Füzuli Kənd Təsərrüfatı MMC ilə, 590 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında, 14 nəfər istehsalçı isə 97,3 hektar fərdi qaydada pambıq əkiblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən müşavirədə aidiyyəti qrumların nümayəndələri, fermerlər çıxış edərək, pambıq əkini sahəsində görülmüş işlərdən danışdılar, pambıqçılığın inkişafı, mövcud problemlər, onların aradan qaldırılması yollarını müzakirə ediblər.



aia.az
Geri dön