Ana Sayfa > Karusel / Siyasət > XİN: İran Gəncənin icra başçısına qarşı sui-qəsdi pisləyir

XİN: İran Gəncənin icra başçısına qarşı sui-qəsdi pisləyir


16-07-2018, 13:29. Yazar: sevinc1
XİN: İran Gəncənin icra başçısına qarşı sui-qəsdi pisləyir


İran Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi qətiyyətlə pisləyir.

Trend-in məlumatına görə, bunu bu gün Tehranda İran XİN-in mətbuat katibi Bəhram Qasımi deyib.

XİN rəsmisi deyib: "İran dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq həmişə zor tətbiqetməni və terroru pisləyib".

B.Qasımi terror aktı nəticəsində yaralanmış Gəncə icra başçısına şəfa diləyib.

aia.az
Geri dön