Ana Sayfa > Gündəm / Manşet / Karusel > FHN: “İtkin düşənlərin axtarışı davam etdirilir”

FHN: “İtkin düşənlərin axtarışı davam etdirilir”


9-12-2015, 16:11. Yazar: admin
FHN: “İtkin düşənlərin axtarışı davam etdirilir”

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir.

Aia.az
-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi bu gün də dənizdə itkin düşənlərin axtarış işlərini dayandırmayıb.

Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu axtarış işlərini davam etdirir.
Geri dön