Ana Sayfa > Karusel / Cəmiyyət > Naxçıvanda 3 hərbçimiz həlak olub

Naxçıvanda 3 hərbçimiz həlak olub


7-07-2018, 11:41. Yazar: sevinc1
Naxçıvanda 3 hərbçimiz həlak olub


Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları iyulun 5-i saat 18:30 radələrində avtomobil qəzasına düşüblər.

BakuPost Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızı daşıyan BMC markalı avtomobilin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar hərbi hospitala yerləşdirilib.


Dünyasını dəyişən hərbçilər isə bu gün doğulduqları kəndlərində dəfn ediliblər.

1991-ci il təvəllüdlü baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur.

aia.az
Geri dön