Ana Sayfa > Manşet / Ölkə > “Azərişıq” yeni məlumat yaydı: “Bakının 100, regionların 80 faizinə elektrik enerjisi verilir”

“Azərişıq” yeni məlumat yaydı: “Bakının 100, regionların 80 faizinə elektrik enerjisi verilir”


3-07-2018, 11:22. Yazar: sevinc1
“Azərişıq” yeni məlumat yaydı: “Bakının 100, regionların 80 faizinə elektrik enerjisi verilir”




“Azərişıq” ASC ölkədə elektrik enerjisinin verilməsindəki fasilə ilə əlaqədar yeni açıqlama yayıb. Qurumun mətbuat katibi Tanrıverdi Mustafayev Modern.az-a bildirib:


“Bu dəqiqəyə olan məlumata görə, ölkənin elektroenergetika strukturlarının gərgin əməyi sayəsində respublika və paytaxt Bakının böyük hissəsi elektrik enerjisi ilə təchiz olunub. Artıq Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisi verilib. Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. İstehsalçı “Azərenerji” ASC tərəfindən elektrik enerjisi ötürüldükcə, paylayıcı “Azərişıq” ASC abonentləri işıqla təmin edəcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində zəruri bütün addımlar atılır və ən qısa vaxtda 100 faiz problem aradan qaldırılacaq”.



aia.az
Geri dön