Ana Sayfa > Manşet / Cəmiyyət > Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşdı: 2 ölü, 9 yaralı - YENİLƏNİB

Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşdı: 2 ölü, 9 yaralı - YENİLƏNİB


29-06-2018, 11:26. Yazar: sevinc1
Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşdı: 2 ölü, 9 yaralı - YENİLƏNİB


Zaqataladan Mingəçevirə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı ikiyə çatıb.




APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri, 54 yaşlı Rəhilə Mikayılova orada ölüb.



Məlumata görə, xəsarət alan iki azyaşlı - 2107-ci il təvəllüdlü Həmzəyeva Əsmanur və 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya şöbəsinə yerləşdiriliblər.



***

Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşıb.



aia.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.


İdarəetmədən çıxan mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.



Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

aia.az
Geri dön