Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub


26-05-2018, 11:31. Yazar: sevinc1
Bakıda gecə klubunun qarşısında kütləvi dava olub


Bakının Səbail rayonunda dava zamanı 1 nəfər döyülüb.



1977-ci il təvəllüdlü Nadirov Aslan Ələddin oğlu "Otto" gecə klubunun qarşısında digər 3 nəfər taksi sürücüsü ilə mübahisə edib.

Nəticədə, A.Nadirov 3 nəfər tərəfindən döyülüb. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.



Qeyd edək ki, A.Nadirov taksi fəaliyyətinə yeni başlayıb. O, digər taksi sürücüləri ilə müştəriyə görə dava edib.



Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Davada iştirak edənlər məsuliyyətə cəlb edilib. (Report)


aia.az
Geri dön