Ana Sayfa > Karusel / Siyasət > “İnsanlardan malınızı əsirgəməyin...” - Siyavuş Novruzov

“İnsanlardan malınızı əsirgəməyin...” - Siyavuş Novruzov


18-05-2018, 12:57. Yazar: sevinc1
“İnsanlardan malınızı əsirgəməyin...” - Siyavuş Novruzov


"Olmayan məsələləri Azərabycan nümayəndə heyətinin üzərinə yazırlar. Bunlar böhtan xarakterlidir”.

Bunu Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

"Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir? ABŞ və digər ölkələrdə lobbiçiliklə bağlı qanunlar var. İslam dinində buyrulur ki, insanlardan malınızı, dövlətinizi əsirgəməyin. Biz nə edirik ki? Əsirgəmirik. Hesab edirəm ki, bu istiqamətdə də işimizi davam etdirməliyik. Ölkəmizin maraqlarını təmsil etməliyik” – deyə S.Novruzov əlavə edib.


aia.az
Geri dön