Ana Sayfa > Aia TV > Sevinc-Sevil aparıcılığa qayıdır: Elə edəcəyik ki, o veriliş bağlansın

Sevinc-Sevil aparıcılığa qayıdır: Elə edəcəyik ki, o veriliş bağlansın


17-05-2018, 17:02. Yazar: sevinc1
Sevinc-Sevil aparıcılığa qayıdır: Elə edəcəyik ki, o veriliş bağlansın


Müğənnilər Sevil və Sevinc Səfərova bacıları yenidən aparıcılıq edəcək.Lent.az-ın məlumatına görə, əkizlər bu barədə "5/5” verilişində danışıblar:

"Planımızda var. Layihə özümümüzün olacaq. Kanallardan birində təqdim edəcəyik. İlk təklif "Xəzər”ə olacaq. Eləedəcəyik ki, biz proqramdan gedəndən sonra veriliş bağlansın. Buna görə də layihə özümüzə aid olacaq.

Veriliş elə bir şeydir ki, sənin övladın olur. Yeni layihəmiz elə olacaq ki, bizsiz yayımlanmayacaq. Elə vaxt seçəcəyik ki, uşaqlar məktəbdə olmasın, xanımlar evdə yemək bişirsin, yəni hamı izləyə bilsin”.

Qeyd edək ki, Sevil və Sevinc "Hər şey daxil" proqramında aparıcılıq edirdi. Onlar daha sonra proqramdan uzaqlaşdılar. Hazırda verilişə prodüser Tarix Əliyev aparıcılıq edir. Əkizlər və Tolik küsülüdür.

aia.az
Geri dön