Ana Sayfa > Aia TV > Aygün və Röya Zaranın tədbirində

Aygün və Röya Zaranın tədbirində


16-05-2018, 10:34. Yazar: sevinc1





Ötən gün rəqqasə Zaranın "Oriental Show" adlı konsert proqramı baş tutub.

aia.az-ın məlumatına görə, Bakı Əyləncə Mərkəzində keçirilən gecədə bir çox maraqlı anlar yaşanıb. Onlardan biri də illərdir küsülü olan xalq artisti Aygün Kazımova ilə əməkdar artisti Röya Ayxanın eyni səhnədə olması idi. Bundan başqa gecədə müğənnilər Zamiq Hüseynov, Sevda Yahyayeva, Samir Bağırov, Rəhim Rəhimli, Miri Yusif, Roza Zərgərli iştirak edib.

Bir araya toplaşan ifaçılar repertuarlarından sevilən mahnıları səsləndiriblər.

Qeyd edək ki, konsertin aparıcıları Afaq Gəncəli və Samir Kərəmoğlu olub.



Tədbirin təşkilatçısı “V&V Company"dir.

aia.az





Geri dön