Ana Sayfa > Karusel / Gündəm > Vüsal Quliyevə Prezident Administrasiyasında yeni vəzifə verildi

Vüsal Quliyevə Prezident Administrasiyasında yeni vəzifə verildi


3-05-2018, 17:34. Yazar: sevinc1
Vüsal Quliyevə Prezident Administrasiyasında yeni vəzifə verildi


Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.


aia.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.



İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib

aia.az
Geri dön