Ana Sayfa > Manşet / Gündəm > Zakir Həsənov Çinin hərbi zavoduna getdi

Zakir Həsənov Çinin hərbi zavoduna getdi


28-04-2018, 12:38. Yazar: sevinc1
Zakir Həsənov Çinin hərbi zavoduna getdi




Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnikZakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən "CETS İnternational” şirkətini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.


Sonra Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur.
Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən "CETS İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.

aia.az
Geri dön