Ana Sayfa > Karusel / Gündəm > Voleybolçu qadını boğaraq öldürməkdə təqsirləndirilənə ƏN AĞIR CƏZA TƏLƏBİ

Voleybolçu qadını boğaraq öldürməkdə təqsirləndirilənə ƏN AĞIR CƏZA TƏLƏBİ


26-04-2018, 10:32. Yazar: admin
Voleybolçu qadını boğaraq öldürməkdə təqsirləndirilənə ƏN AĞIR CƏZA TƏLƏBİ




Qadını boğaraq başına torba keçirib qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.



Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış edərək Namiq Vəkilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.



Təqsirləndirilənin vəkilləri Adəm Məmmədov və Namiq Hacıyev çıxış üçün vaxt tələb edib.



Proses aprelin 30-da davam edəcək.



Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qadının meyiti bir neçə gün əvvəl Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər.



Qadının 1963-cü il təvəllüdlü Anjelika Morozova olduğu məlum olub.



Morozova tək yaşayırdı, ailəli deyildi və qapalı həyat tərzi sürürdü. Bəzi KİV-də Morozovanın cadugərliklə məşğul olmasına dair məlumat da yayılmışdı. Bundan başqa, ölməmişdən qabaq qadına əzab verildiyi barədə də məlumat verilmişdi. Amma Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, KİV-də yayılan məlumat həqiqətəuyğun deyil.

“Morozova voleybolçu olub və cadugərliyə aidiyyəti olmayıb. Qətlə yetirilən şəxsin bədənində işgəncə izləri yoxdur, onun bədənində qatilə müqavimət göstərdiyini sübut edən göyərmələr var, müqavimətə baxmayaraq o, boğularaq öldürülüb”, - polisdən qeyd ediblər.



1963-cü il təvəllüdlü Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb.



Vəkilovu əməliyyatçılar Qazax rayonunda saxlayıblar, o, istintaqdan gizlənməyə çalışır

aia.az
Geri dön