Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Nardaran Ağsaqqallar Şurasının sədri danışdı

Nardaran Ağsaqqallar Şurasının sədri danışdı


27-11-2015, 23:43. Yazar: admin

“Sabah meyitlərin qaytarılacağı deyilib”.

Ötən gün Nardaranda baş vermiş hadisə ilə bağlı günahkar şəxslər cəzalarına çatacaqlar.

Aia.az xəbər verir ki, bunu Trend-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.

N.Kərimov qeyd edib ki, heç kəs hadisələrin belə cərəyan etməsini istəməzdi:

“Qarşıdurma zamanı həlak olmuş polislər də bizim qardaşlarımızdır. Hamımız azərbaycanlıyıq. Allah hamısına rəhmət eləsin! İstintaq gedir. İnanırıq ki, istintaqın yekununda günahkarlar öz cəzalarına çatacaqlar”.

N.Kərimov həmçinin bildirib ki, ötən gün Nardaran hadisələri zamanı həlak olmuş qəsəbə sakinlərinin meyitləri sabah qaytarılacaq.

“Hazırda istintaq aparılır. Sabah meyitlərin qaytarılacağı deyilib”.

N.Kərimovun sözlərinə görə, məsələni şişirtməyə ehtiyac yoxdur: “Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib”.
Geri dön