Ana Sayfa > Manşet / Dünya > Türkiyə ordusu Afrində 4 minə yaxın terrorçunu məhv edib

Türkiyə ordusu Afrində 4 minə yaxın terrorçunu məhv edib


7-04-2018, 16:24. Yazar: admin
Türkiyə ordusu Afrində 4 minə yaxın terrorçunu məhv edib


"Zeytun Budağı” əməliyyatının gedişində indiyədək 3991 terrorçu zərərsizləşdirilib.

Adalet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki, əməliyyat çərçivəsində bu günə qədər 102 mina və 739 partlayıcı aşkar olunub.

Xatırladaq ki, Suriyanın Afrin bölgəsinin YPG/PKK terrorçularından azad edilməsi məqsədi daşıyan "Zeytun Budağı” əməliyyatı yanvarın 20-də başlayıb. Hazırda bölgədə nəzarəti tam ələ alan Türkiyə Silahlı Qüvvələri axtarış-təmizləmə əməliyyatlarını davam etdirir.


aia.az
Geri dön