Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Türkiyə və Gürcüstanla müdafiə sahəsində anlaşdı

Azərbaycan Türkiyə və Gürcüstanla müdafiə sahəsində anlaşdı


31-03-2018, 14:50. Yazar: admin
Azərbaycan Türkiyə və Gürcüstanla müdafiə sahəsində anlaşdı


Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, görüşdən sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında müdafiə nazirləri müzakirə olunan məsələlər və görüşün yekunları barədə kütləvi informasiya vasitələrinə məlumat veriblər.

Media qarşısında çıxışı zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu formatda növbəti görüşün Azərbaycanda keçiriləcəyini bildirərək həmkarlarını ölkəmizə dəvət edib.

aia.az
Geri dön