Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda bir gündə 72 nəfər SAXLANILDI

Azərbaycanda bir gündə 72 nəfər SAXLANILDI


31-03-2018, 10:33. Yazar: admin
Azərbaycanda bir gündə 72 nəfər SAXLANILDI



Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

aia.az
Geri dön