Ana Sayfa > Manşet / Gündəm > Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbində

Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbində


30-03-2018, 14:17. Yazar: admin
Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbində


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib. Nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən xəbərə görə, müdafiə naziri məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumatlandırılıb. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.



Görüşdən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov ölkələrimizdə ordu quruculuğu prosesində hərbi təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb. Sonda Azərbaycan nümayəndə heyəti kursantlarla birgə nahar edib.

aia.az
Geri dön