Ana Sayfa > Manşet / Gündəm > Komitə sədri: Suriyaya döyüşməyə gedən azərbaycanlıların geri qaytarılması ilə bağlı işlər davam etdirilir

Komitə sədri: Suriyaya döyüşməyə gedən azərbaycanlıların geri qaytarılması ilə bağlı işlər davam etdirilir


29-03-2018, 10:26. Yazar: admin
Komitə sədri: Suriyaya döyüşməyə gedən azərbaycanlıların geri qaytarılması ilə bağlı işlər davam etdirilir




Suriyadakı qanunsuz birləşmələrə qoşulan azərbaycanlıların uşaqlarının Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir.

Trend-in məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırda bununla əlaqədar işlər aparılır: "Bu işlə bizim komitə deyil, digər qurumlar məşğul olur. İşlər davam etdirilir. Amma bizim komitə də bu işə dəstək verir".

aia.az
Geri dön