Ana Sayfa > Karusel / Dünya > "Zeytun budağı"nda 42-ci gün: 2222 terrorçu zərərsizləşdirildi

"Zeytun budağı"nda 42-ci gün: 2222 terrorçu zərərsizləşdirildi


2-03-2018, 18:27. Yazar: admin
"Zeytun budağı"nda 42-ci gün: 2222 terrorçu zərərsizləşdirildi



Suriyanın Afrin bölgəsində YPG/PYD/PKK-İŞİD terror təşkilatlarını məhv etmək, bölgə xalqının təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatı 42-ci günü davam edir.

Moderator.az hürriyet-ə istinadən xəbər verir ki, 42 gündür davam edən hərəkat çərçivəsində 2222 terrorçu zərərsizləşdirilib.

Bu gün 100-ə yaxın terrorçu təhlükəsizlik qüvvələrinə çiyindən atılan raket və digər ağır silahlarla hücum edib. İnsident zamanı 8 əsgər şəhid olub, 13 əsgər isə yaralanıb. Birləşmiş qüvvələrə dərhal cavab atəşi açılıb.

Terrorçuların çiskinli havadan istifadə edərək Türkiyə Silahlı Qüvvələrinə hücum etdiyi bildirilib. Buna baxmayaraq, Afrinə giriş üçün strateji önəm daşıyan Kəltəpə terrorçuların əlinə keçməyib.

Terrorçuların atış nöqtələrinin radarlar vasitəsilə təsbit edilməsindən sonra F-16 qırıcı təyyarələri onların tutduğu mövqeyi və qaçış nöqtələrini bombardman altına alıb. Qarşıdurmada birləşmiş qüvvələrin üzvləri ilə yanaşı, 22 terrorçu həlak olub.

Şiddətli qarşıdurmadan sonra bölgəyə əlavə dəstək göndərilib. ATAK helikopterləri havadan dəstək verməyə çalışsa da, terrorçuların təzyiqlərindən və qurudan açılan atəşdən sonra geri qayıtmağa məcbur olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində yaşanan qarşıdruma ilə bağlı Baş qərargah rəisi Akar və Daxili işlər naziri Soylu ilə telefonla danışıb və onlara başsağlığı verib

aia.az
Geri dön