Ana Sayfa > Manşet / Siyasət > Kseniya Sobçak canlı yayımda Jirinovskiyə su atıb

Kseniya Sobçak canlı yayımda Jirinovskiyə su atıb


28-02-2018, 17:45. Yazar: admin
Kseniya Sobçak canlı yayımda Jirinovskiyə su atıb




Rusiyada prezident seçkiləri ərəfəsində davam edən kampaniya zamanı qalmaqal qeydə alınıb.

Trend-in məlumatına görə, “Rossiya 1” telekanalında debatlar zamanı Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak başqa namizəd Vladimir Jirinovskinin üzərinə su atıb.

Qeyd olunur ki, başqa bir namizəd Sergey Baburinin çıxışı zamanı V.Jirinovski müdaxilə edib.

Əvəzində K.Sobçak onu sakit olmağa çağırıb. İki nəfər arasında yaranan mübahisə qalmaqala çevrilib. Nəticədə debatın yayımı dayandırılıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

aia.az
Geri dön