Ana Sayfa > Karusel / Ölkə > Sabah dağlara qar yağacaq

Sabah dağlara qar yağacaq


21-02-2018, 12:04. Yazar: admin
Sabah dağlara qar yağacaq


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9, Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 22-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
aia.az
Geri dön