Ana Sayfa > Manşet / Siyasət > Prezidentliyə namizədliyi irəli sürülən 13 nəfər - SİYAHI

Prezidentliyə namizədliyi irəli sürülən 13 nəfər - SİYAHI


19-02-2018, 17:06. Yazar: admin
Prezidentliyə namizədliyi irəli sürülən 13 nəfər - SİYAHI




Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 1 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Modern.az-ın məlumatına görə, bununla prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb.

Növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır:


Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Fərəc Quliyev - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;


Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Razi Nurullayev - prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;


Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;


Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Anar Umudov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Ramazan Bəkirov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb.

aia.az
Geri dön