Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıdakı dəhşətli qətllə bağlı rəsmi AÇIQLAMA

Bakıdakı dəhşətli qətllə bağlı rəsmi AÇIQLAMA


17-02-2018, 12:32. Yazar: admin
Bakıdakı dəhşətli qətllə bağlı rəsmi AÇIQLAMA



Xəbər verdiyimiz kimi, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyi (DİN) paytaxtdakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.


Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

aia.az
Geri dön