Ana Sayfa > Karusel / Siyasət > Prezidentin bu sözləri İrəvanı qorxuya saldı: Səfərbərlik...

Prezidentin bu sözləri İrəvanı qorxuya saldı: Səfərbərlik...


10-02-2018, 16:14. Yazar: sevinc1
Prezidentin bu sözləri İrəvanı qorxuya saldı: Səfərbərlik...



Prezident İlham Əliyevin “İrəvan və Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır, ora qayıtmaq bizim strateji hədəfimizdir” sözləri Ermənistanda xoş yaradıb. İşğalçı ölkədə səfərbərlik çağırışları səsləndirilir.

Publika.az xəbər verir ki, “168 jam” qəzeti Azərbaycanın apreldən sonra daha sərt addımlar atacağını və Ermənistanın ciddi zərbələrlə üzləşəcəyini yazıb.

Erməni siyasi şərhçi Akop Badalyan isə ölkədə səfərbərlik elan etməyə çağırıb.

“Bu, təkcə ordunun hərəkətə keçirilməsi, silahların cəbhəyə göndərilməsi demək deyil, ilk növbədə rəqabətə davamlı dövlət modelinin yaradılmasıdır. Bu gün Azərbaycan 90-cı illərdəki ölkə deyil və İlham Əliyev bu sözləri söz xatirinə söyləmir. Ortada Bakının strateji hədəfləri var və Azərbaycan rəhbərliyi bunu gizlətmir. Ermənistan buna qarşı nə etməlidir? Hazırda Ermənistandakı siyasi və iqtisadi sistem dövlətin davamlı olmadığını göstərir. Gələcəkdə dövlət olaraq qalmaq üçün təhlükəsizlik skeleti yaradılmalı, müasirləşdirmə prosesi aparılmalıdır. Azərbaycanın qarşısında gücsüz duruma düşməmək üçün vacib addımlar atılmalıdır. Ermənistanın resurslarını səfərbər etmək lazımdır. Ən vacib məqam xarici dəstəyin alınmasıdır. Çünki bizi Azərbaycandan yalnız xarici dəstək xilas edə bilər, əks təqdirdə, Bakı strateji hədəfinə nail olacaq. Elə etməliyik ki, Azərbaycan “İrəvan strateji hədəfimizdir” deyəndə bu, beynəlxalq etiraza səbəb olsun və dünya bunu İrəvan yox, Moskva, Vyana və Brüssel olaraq qəbul etsin”, - deyə o bildirib.

aia.az
Geri dön