Ana Sayfa > Karusel / Cəmiyyət > “Xəzər” TV-nin xanım aparıcısı studiyada yıxıldı, ağır xəsarət aldı

“Xəzər” TV-nin xanım aparıcısı studiyada yıxıldı, ağır xəsarət aldı


2-02-2018, 10:04. Yazar: admin
“Xəzər” TV-nin xanım aparıcısı studiyada yıxıldı, ağır xəsarət aldı




"Xəzər" televiziyasının aparıcısı studiyada yıxılaraq ağır xəsarət alıb.



“Report” xəbər verir ki, hadisə fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra baş verib.



1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada efirdən sonra yıxılıb. Nəticədə xəsarət alan aparıcı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun qapalı kəllə-beyin travması aldığını müəyyən ediblər. Aparıcıya lazımi tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.


aia.az
Geri dön