Ana Sayfa > Təhsil > UTECA-da növbəti mediatur keçirilib

UTECA-da növbəti mediatur keçirilib


17-01-2018, 13:59. Yazar: admin





Azərbaycan Texnologiya Universitetində (UTECA) jurnalistlər üçün növbəti mediatur təşkil olunub. Respublika və bölgə KİV-lərini təmsil edən media nümayəndələri imtahanların gedişini izləməklə yanaşı universitet-sənaye əməkdaşlığı çəçivəsində görülən işlərlə də tanış olublar. İmtahan prosesini jurnalistlərlə yanaşı tələbələrin valideynləri də müşahidə edib.

“AzTV”, “İctimai”, “Xəzər”, “ARB”, “Lider”, “Space” telekanallarının, “Azərbaycan”, “Respublika”, “Gəncənin səsi”, “Novosti Gyandji” və “Yeni Gəncə” qəzetlərinin əməkdaşlarından ibarət jurnalist heyətinə əvvəlcə UTECA-nın rektoru, professor Akif Süleymanov tərəfindən universitetdə son dövrdə görülən işlər haqqında məlumat verilib. Rektor qeyd edib ki, qış imtahan sessiyasının təşkili Təhsil Nazirinin müvafiq əmrinə əsasən aparılır. Yanvarın 5-dən fevralın 5-dək davam edəcək imtahan sessiyasında ümumilikdə 2.300-dək tələbənin biliyi qiymətləndiriləcək. Tələbələr bir saat ərzində 50 suala cavab verməklə öz müvəffəqiyyət göstəricilərini müəyyən edəcəklər. Test üsulu ilə həm kompyuterdə, həm də yazılı götürülən imtahanların gedişinə nəzarət etmək məqsədilə Qaynar xətt və Apellyasiya komissiyası yaradılıb. Tələbələrin müraciəti əsasında nəticələrlə bağlı bağlı mübahisə doğuran məsələlər komissiya tərəfindən araşdırılaraq obyektiv qaydada həll edilir.

Media nümayəndələri daha sonra Azərbaycan Texnologiya Universitetində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının dəstəyi ilə yaradılan Logistika Təlim–Tədris Mərkəzi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, logistika ixtisasında təhsil alan tələbələr üçün əlavə imkanlar təqdim edən bu mərkəz UTECA-nın universitet-sənaye əlaqələrini genişləndirmək istiqamətində apardığı işlərin ən bariz nümunəsidir. Jurnalistlər həmçinin universitetin Qida mühəndisliyi fakültəsi nəzdində fəaliyyət göstərən Dequstasiya otağında da olublar. Burada isə “Az-Granata” şirə və şərab emalı zavodu ilə aparılan əməkdaşlıq və onun nəticələri haqqında danışılıb, universitetin alimləri tərəfindən hazırlanan yeni şərab növləri dequstasiya edilib.

aia.az








Geri dön