Ana Sayfa > Manşet / Cəmiyyət > FHN: Alpinistlərin axtarışları mürəkkəb relyefli dağ massivində aparılır

FHN: Alpinistlərin axtarışları mürəkkəb relyefli dağ massivində aparılır


13-01-2018, 13:41. Yazar: admin
FHN: Alpinistlərin axtarışları mürəkkəb relyefli dağ massivində aparılır




Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam edib.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak ediblər.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.

aia.az
Geri dön