Ana Sayfa > Manşet / Gündəm > Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq tədbirlər planı imzaladı

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq tədbirlər planı imzaladı


5-01-2018, 11:31. Yazar: admin
Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq tədbirlər planı imzaladı




2018-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, plana əsasən, keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.

aia.az
Geri dön