Ana Sayfa > Media > Şotlandiyada sirklərdə vəhşi heyvanların iştirakı qadağan edildi

Şotlandiyada sirklərdə vəhşi heyvanların iştirakı qadağan edildi


21-12-2017, 17:39. Yazar: admin
Şotlandiyada sirklərdə vəhşi heyvanların iştirakı qadağan edildi




Şotlandiyada yerli parlament səyyar sirklərdə vəhşi heyvanlardan istifadəni qadağan edən qərar qəbul edib. Trend-in məlumatına görə, bu qərar ilə Şotlandiya ilk Britaniya regionudur ki, vəhşi heyvanlar səyyar sirklərdə çıxış etməyəck.

Qeyd edək ki, hazırda 19 ölkə səyyar sirklərdə vəhşi heyvanların iştirakını qadağan edib. Bu ölkələr sırasında Avstriya, Boliviya, Meksika, Malta, İsrail, Peru, Sinqapur, Salvador, Kipr, Kosta-Rika, Slovakiya, Yunanlstan və başqa ölkələr var.

aia.az
Geri dön