Ana Sayfa > Siyasət > Putinlə Ərdoğan Trampın qərarını müzakirə edəcək

Putinlə Ərdoğan Trampın qərarını müzakirə edəcək


7-12-2017, 17:16. Yazar: admin
Putinlə Ərdoğan Trampın qərarını müzakirə edəcək




Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Qüds ətrafında yaranmış böhranı müzakirə edəcək.

aia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tərəflər ABŞ səfirliyinin Qüdsə köçürülməsini pisləyəcək.

“Axşam Putinlə Ərdoğan arasında telefon danışığı baş tutacaq. Tərəflər ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra Yaxın Şərqdə yaranacaq situasiyanı müzakirə edəcək”-deyə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.


Xatıırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıyıb. ABŞ-ın bu addımı İsrail-Fələstin münaqişəsindəki vəziyyəti gərginlləşdirib.

aia.az
Geri dön