Ana Sayfa > Manşet / Siyasət > Rəsmi Bakıdan Ermənistanı ifşa edən BƏYANAT

Rəsmi Bakıdan Ermənistanı ifşa edən BƏYANAT


25-11-2017, 11:52. Yazar: admin
Rəsmi Bakıdan Ermənistanı ifşa edən BƏYANAT



Ermənistanın və erməni lobbi dairələrinin cidd-cəhdlərinə baxmayaraq, Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib.

Modern.az-ın xəbərinə görə, Bəyannamədə deyilir:

“Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”.

Sənəddə regionun bir çox bölgələrində beynəlxalq hüququn prinsiplərinin pozulmasına narahatlıq ifadə olunur və mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dəstək ifadə edilir.

Bu sözləri Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamənin əhəmiyyəti ilə bağlı AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib: “Bəyanatda Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasına da istinadlar öz əksini tapıb. Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hörmət edilməsi və dəstəklənməsi ən ümdə prinsiplərdən biri kimi qeyd edilib.

Qeyd edək ki, Sammitdən bir neçə gün əvvəl Ermənistanın və Avropa Parlamentində antiazərbaycan qüvvələrin dəstəyi ilə tövsiyə xarakterli sənəd qəbul olunmuşdu. Ermənistan tərəfi gülünc formada ermənipərəst lobbi dairələrinin dəstəyi ilə ərsəyə gələn bu tövsiyə sənədini Ermənistan diplomatiyasının qələbəsi kimi təqdim edirdi. Brüssel Sammitində qəbul olunan Birgə Bəyannamədə bu “tövsiyə”lərin heç biri öz əksini tapmadı.
Sammitdən əvvəl Ermənistanın hakim Respublika partiyasının da daxil olduğu Avropa Xalq Partiyasının Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq partiyaları ilə qurultayı keçirilmişdi. Bu qurultayda qəbul edilmiş yekun bəyanatda da Avropa İttifaqı və üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünə birmənalı dəstəyi bir daha ifadə olunub. Ermənistanın hakim Respublika partiyası bəzi ermənipərəst qüvvələrin cəmləşdiyi Avropa Xalq Partiyasının yekun bəyanatına qeyd-şərt qoyub.


Bununla bərabər, Ermənistan rəhbərliyinin Şərq Tərəfdaşlığı ölkələrinin sammitindəki çıxışı bir daha onu nümayiş etdirir ki, Ermənistanin siyasi rəhbərliyi müasir beynəlxalq münasibətlərin inkişaf tendensiyalarından tamamilə uzaqdır və onlar hələ də II Dünya müharibəsinin hərbi diktatorlarının təfəkkürünə malikdirlər. Onların müasir reallıqdan kənar düşüncə tərzləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas problemdir”.
Geri dön