Ana Sayfa > Aia TV > Aygün Kazımova gecəni hansı dünya ulduzlarla keçirəcək?

Aygün Kazımova gecəni hansı dünya ulduzlarla keçirəcək?


4-11-2017, 13:09. Yazar: admin






Azərbaycanın xalq artisti Aygün Kazımova Yeni il "Fashion show "gecəsini “Şokolad” (Chocolata)
mahnısı ilə məşhurlaşan müğənni Seeya, ötən əsrin 80-ci illərində məşhur “Kaoma” qrupu və ukraynalı DJ Miss Monique ilə birlikdə keçirəcək.


Gecənin təşkilatçısı “SG” prodakşının rəhbəri tanınmış modelyer Sultan Qədimbəyli aia-a açıqlamasında paytaxtın elit məkanlarından birində baş tutacaq Yeni il fashion şouda qonaqları maraqlı sürprizlər gözləyir:

“Biletlərimiz artıq satışdadır.Dəbdəbəli Yeni il fashion gecəsinə hazırlıqlar başlayıb. Sürprizlərdən bol olacaq şou barəsində ətraflı danışmaq istəmirəm. Bircə onu vurğulaya bilərəm ki, Azər Axşamın aparıcılığı ilə yaddaqalacaq gecə çox fərqli şəkildə bəzədiləcək. Biletlərimizi şəhərin kassalarından əldə etmək mükündür”.

Qeyd edək ki, xalq artisti Aygün Kazımova ilə yanaşı gecədə əməkdar artisti Ədalət Şükürov, Azərbaycana "Eurovision" qalibiyyəti qazandıran gənc ifaçı Eldar Qasımov, reper Rauf Əhmədov və gənc müğənni Samirə Əfəndi də səhnəyə çıxacaqlar.

aia.az

Aygün Kazımova gecəni hansı dünya ulduzlarla keçirəcək?
Geri dön