Ana Sayfa > Karusel / İdman > "Qarabağ"dan Qurban Qurbanovun təyinatına ilk reaksiya

"Qarabağ"dan Qurban Qurbanovun təyinatına ilk reaksiya


3-11-2017, 11:02. Yazar: admin
"Qarabağ"dan Qurban Qurbanovun təyinatına ilk reaksiya




"Qurban Qurbanovu təbrik edirəm. İnanıram ki, AFFA-nın verdiyi bu qərar futbolumuzun, milli komandamızın xeyrinə olacaq. Əgər Qurban Qurbanov bu qərara bir sevinirsə, biz iki qat sevinirik".

aia.az xəbər verir ki, bu sözləri Qol.az-a "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Qurban Qurbanovun millimizə baş məşqçi vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Q. Qurbanov "Qarabağ"da qalmaqla, millidə vəzifəsini icra edəcək: "Onun iki yerdə işləməsinin komandamıza ziyanı olacağını düşünmürəm. Qurban Qurbanov yerli futbolçuları yaxşı tanıyır. Həm də unutmayaq ki, millinin əsasını Qarabağın oyunçuları təşkil edir".

aia.az
Geri dön