Ana Sayfa > Karusel / Aia TV > Röyanı Şəhriyar Tağızadə ilə nə birləşdirir?

Röyanı Şəhriyar Tağızadə ilə nə birləşdirir?


1-11-2017, 11:47. Yazar: admin






Azərbaycanlı sosial media master Şəhriyar Tağızadə yeni iş birliyinə başlayıb.

aia.az məlumat verir ki, Şəhriyar bu dəfə əməkdar artisti Röya Ayxanla işləyəcək. Belə ki, bundan sonra Röyanın bütün sosial və digital media işlərində Şəhriyar Tağızadənin dəsti-xəttini görəcəksiniz.

Bu haqda Şəhriyar Tağızadə öz "Instagram" hesabında paylaşım edib:

“Qeyd etmək istəyirəm ki, Röya xanımın etibarnamə ilə sosial və digital media nümayəndəsiyəm artıq… Etibarınız, güvəndiyiniz üçün təşəkkürlər… İnşallah iş birliyimiz uzun ömürlü olar”.

Qeyd edək ki, Türkiyənin ən məşhur simalarından olan Seren Serengilin "Instagram" hesabını geri qaytarmağı bacaran Şəhriyar Tağızadə olub.

aia.az

Geri dön