Ana Sayfa > Dünya > "Oğluma qız paltarları geyindirib, makiyaj edirdi" - Səs-küylü boşanmada TÜKÜRPƏDİCİ İDDİA

"Oğluma qız paltarları geyindirib, makiyaj edirdi" - Səs-küylü boşanmada TÜKÜRPƏDİCİ İDDİA


20-10-2017, 19:06. Yazar: admin
"Oğluma qız paltarları geyindirib, makiyaj edirdi" - Səs-küylü boşanmada TÜKÜRPƏDİCİ İDDİA


Qonca Akkuş iki uşağının atası Uğur Akkuşun model Ebru Şallı ilə Bodruma qaçmağını bağışlamayıb.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, Qonca Akkuş ərinə 40 milyon TL təzminat tələbi ilə boşanmaq üçün məhkəməyə müraciət edib. Qonca Akkuş qərarını: "Şiddət və qorxu içində yaşamamaq, ərimi başqa qadınlarla paylaşmamaq üçün ayrılmaq istəyirəm" sözləri ilə izah edib.

Uğur Akkuşun iddiası isə eşidənləri dəhşətə gətirib. O, artıq çəkidən əziyyət çəkdiyi üçün tez-tez yaşıl çay içən arvadının səhərə qədər oturduğunu, uşaqlarını yatırmadığını, oğluna qız paltarları geyindirib, makiyaj edərək şəklini çəkib sosial şəbəkələrdə paylaşdığını iddia edib.

aia.az
Geri dön