Ana Sayfa > Cəmiyyət / Karusel > Azərbaycanda qanunsuz ov edən ərəb saxlanıldı

Azərbaycanda qanunsuz ov edən ərəb saxlanıldı


20-10-2017, 10:36. Yazar: admin
Azərbaycanda qanunsuz ov edən ərəb saxlanıldı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reyd keçirib.

aia.az-ın məlumata görə, keçirilən reyd zamanı Şabran rayonu ərazisində, "Ağzıbir” ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun qaydada protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə olunub, qadağan olunmuş ov alətləri məhv edilib və göyərçin quşları təbiətə buraxılıb.

aia.az
Geri dön