Ana Sayfa > Cəmiyyət > İraqda ölən türk hərbçilərin sayı 4-ə çatıb

İraqda ölən türk hərbçilərin sayı 4-ə çatıb


17-10-2017, 11:01. Yazar: admin
İraqda ölən türk hərbçilərin sayı 4-ə çatıb


İraqın şimalında, Türkiyə sərhədinə yaxın Zap vadisi bölgəsində antiterror əməliyyatı davam edir.

aia.az-ın məlumatına görə, əməliyyat zamanı PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 2 türk hərbçi həlak olub.

Beləliklə, 24 saat ərzində ölən türk hərbçilərin sayı 4-ə çatıb. Biri ağır olmaqla 2 əsgər yaralanıb.

16 terrorçu zərərsizləşdirilib.

aia.az
Geri dön