Ana Sayfa > Dünya / Karusel > "Abbas Bağırov keçmiş sevgilimi əlimdən alıb" - qalmaqal

"Abbas Bağırov keçmiş sevgilimi əlimdən alıb" - qalmaqal


9-10-2017, 18:19. Yazar: admin
"Abbas Bağırov keçmiş sevgilimi əlimdən alıb" - qalmaqal




Prodüser Sultan Mustafayev əməkdar artist Abbas Bağırovla bağlı paylaşımı ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, prodüser bildirib ki, Abbas onun sevgilisini əlindən alıb:

“Kül sənin kişi başına, ay Abbas Bağırov. Qorxaq, məni İnstaqramda qara siyahıya atmsan. Sənə nələr deyərəm, amma mənim üçün çox cılız adamsan. Mənim söyüşlərim sənə çox olar. Haqqında bildiklərimi danışsam, gərək...”.

Sultan daha sonra 2015-ci ildən A.Bağırovla küsülü olduğunu söyləyib:

“Bu adam sevdiyim şəxsi əlimdən alıb və onun fikirlərini mənə qarşı yönəltmişdi. Mənə qarşı çox hörmətsizlik edib. Status yazmışam, şəhərdə o sənət adamı qalmayıb ki, mənə zəng etməsin. Deyirlər, onu sil. Silməyəcm.

Bütün şou adamları bilir ki, Abbas paxıldır. Toy idarə edəndə gələn müğənni qonaqlara mikrofon vermir.

Keçmiş sevgilimlə dostam, indi Abbas ona təzyiq edir ki, Sultanla münasibəti kəs. 2015-ci ildən başlayan mübahisəni bu gün yenidən gündəmə gətirməyimə səbəb də budur.

Abbas, sənin pulun, arxan olsa da, heç kimə haqsızlıq edə bilməzsən. Zamanla susdum, amma sənin bu paxıllığına cavab verməli idim. Sakit otur evində. Düşün gör bu əmlakları, pulları, otelləri kimin hesabına əldə etmisən”.

aia.az
Geri dön