Ana Sayfa > Manşet > İşdən çıxarılan xanım müavinin yerinə təyinat

İşdən çıxarılan xanım müavinin yerinə təyinat


28-09-2017, 16:49. Yazar: Sevinc
İşdən çıxarılan xanım müavinin yerinə təyinat




Biləsuvar Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

AİA.AZ xəbər verir ki, icra başçısı Mahir Quliyev Ləman Cəbrayıl qızı Yüzbaşovanı özünə müavin təyin edib.

O, eyni zamanda ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.

Qeyd edək ki, L. Yüzbaşova əvvəl İH-də baş məsləhətçi işləyib.

Xatırladaq ki, başçının eks-müavini Xəyalə Qəmbərova bir müddət əvvəl vəzifəsindən azad olunub.

aia.az
Geri dön