Ana Sayfa > İdman / Karusel > “Qarabağ”ın gənclər komandası “Roma”lı 19 yaşlılara uduzdu

“Qarabağ”ın gənclər komandası “Roma”lı 19 yaşlılara uduzdu


27-09-2017, 16:48. Yazar: admin
“Qarabağ”ın gənclər komandası “Roma”lı 19 yaşlılara uduzdu



Bu gün UEFA Gənclər Liqasının ikinci turunda Ağdamın “Qarabağ” və İtaliyanın “Roma” klublarının 19 yaşadək futbolçuları qarşılaşıb.

AİA.az-ın məlumatına görə, “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası "Azərsun Arena"da “Roma”lı həmyaşıdlarına uduzub. Ağdam klubu 3 cavabsız qolla məğlub olub.
Qeyd edək ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilk oyunda “Çelsi”yə 0:5 hesabı ilə uduzub.

AİA.az
Geri dön