Ana Sayfa > Şou-biznes / Seçilənlər-3 > İŞİD Türkiyə sərhədinə hücum edir (VİDEO)

İŞİD Türkiyə sərhədinə hücum edir (VİDEO)


28-06-2015, 12:59. Yazar: admin
İŞİD Türkiyə sərhədinə hücum edir (VİDEO)

Vəziyyətə nəzarətin ən yüksək səviyyədə aparıldığı bildirilir.
İŞİD terror təşkilatı Türkiyənin Kilis vilayətini Suriya ilə ayıran Es-Səlamə sərhəd qapısını ələ keçirmək üçün hucuma başlayıb.

ANS PRESS-in məlumatına görə, Suriyanın Kilislə həmsərhəd olan Hələb vilayətinin Azez rayonunda davam edən bir həftəlik sükut pozulub. Bölgədən gələn sıx artileriya səsləri Türkiyəni narahat etməyə başlayıb.

Verilən məlumata görə, bu gün Azez rayonunda səhər saatlarından etibarən şiddətli qarşıdurma və top səsləri müşahidə edilir. Azez rayonuna daxil olan Havvar və Baragat kəndlərindən gələn top səsləri Kilis şəhərində ciddi narahatlıqlar yaşadıb.

Qarşıdurmaların davam etdiyi bölgədə vəziyyətin gərginləşməsi üzündən Türkiyə silahlı gücləri sərhəd xəttinin təhlükəsizliyini nəzarətə götürüb. Vəziyyətə nəzarətin ən yüksək səviyyədə aparıldığı bildirilir.
Geri dön