Ana Sayfa > Cəmiyyət / Karusel > Goranboyda yük maşını aşdı - Xəsarət alan var

Goranboyda yük maşını aşdı - Xəsarət alan var


11-09-2017, 22:15. Yazar: admin
Goranboyda yük maşını aşdı - Xəsarət alan var











Goranboy rayonunda yük maşını aşıb.

Aia.Az report-a istinadla bildirir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Asif Qasım oğlu Qasımzadə idarə etdiyi "QAZel" markalı avtomobili aşırıb. Nəticədə sürücünün qolu maşının altında qalaraq ağır xəsarət alıb. İlkin ehtimala görə, hadisəyə yorğun halda olan sürücünün sükan arxasında yatması səbəb olub.

Qeyd edək ki, maşının yük yerində 10 kisəyə yaxın kartof olub.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön